Sumqayıtın bəzi ərazilərində qaz KƏSİLƏCƏK 

16:37 02.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt şəhərində qaz təchizatında müvəqqəti fasilələr olacaq.

Bu haqda hafta.az-a "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.

Bildirilib ki, sentyabrın 3-də Sumqayıt şəhərinin Çerkassı küçəsində yeni təmir olunmuş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar saat 10:00-dan etibarən işlər yekunlaşdırılana qədər 750 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.